Rusiyada "quş qripi" aşkar olundu
Rusiyanın Penza vilayəti prokurorluğu bəzi quşçuluq fermalarında yoxlamalara başlayıb.
22 İyun 2018 16:49 DünyaRusiyanın Penza vilayəti prokurorluğu bəzi quşçuluq fermalarında yoxlamalara başlayıb.
Buna səbəb bölgədə "quş qripi" virusunun aşkar olunmasıdır.
Məlumata görə, virus həm bəzi quşçuluq müəssisələrində, eləcə də fərdi həyətlərdə aşkar edilib. Qeyd olunur ki, bu səbəbdən bir neçə gün əvvəl həmin ərazidə artıq karantin elan olunub.
Penza vilayət qubernatorunun mətbuat katibi Dina Çeremuşkina virusun lokallaşdırıldığını bildirib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31