Türk “dərin dövləti”nin “Yaşıl” kod adlı casusunun sağ əli tutuldu - VİDEO

Türkiyə “dərin dövləti”nin adamı olaraq tanınan “Yaşıl” kod adlı məşhur kəşfiyyatçı Mahmut Yıldırımın sağ qolu olduğu deyilən B.E. həbs olunub.

Türkiyə "dərin dövləti"nin adamı olaraq tanınan "Yaşıl" kod adlı məşhur kəşfiyyatçı Mahmut Yıldırımın sağ qolu olduğu deyilən B.E. həbs olunub.

İstanbulun Şişli bölgəsində bir oteldə keçirilən əməliyyat zamanı B.E. tutulub.

Araşdırmalar nəticəsində məlum olub ki, B. E.-nin əvvəlki adı Z.S. olub. Sonradan o, adını dəyişdirib.

Qeyd edək ki, "Yeşil" kod adlı kəşfiyyatçı Türkiyə Milli İstihbarat Təşkilatının əfsanəvi casuslarından olub. Vaxtilə PKK-ya ağır zərbələri ilə tanınıb. Hətta Diyarbəkir kimi bölgələrdə analar uşaqlarını "səni "Yaşıl"a verəcəm" deyə qorxudarlarmış.

Mahmut Yıldırımın öldüyü deyilsə də, əslində ölmədiyi və yer altına çəkildiyi haqda informasiyalar var.

Türkiyənin məşhur "Kurtlar vadisi" serialında "Qara" obrazı əslində "Yaşıl"ın obrazıdır.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31