"Türk Hava Yolları" istiqamətlərin sayını 304-ə çatdırıb
Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Komor Adaları İttifaqının ən iri şəhəri və paytaxtı olan Moronini marşrut şəbəkəsinə əlavə edib.
22 İyun 2018 14:57 DünyaDigər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Komor Adaları İttifaqının ən iri şəhəri və paytaxtı olan Moronini marşrut şəbəkəsinə əlavə edib.
"OLAYLAR" xəbər verir ki, Aviaşirkət Moroniyə reyslər üzrə uçuşları həftədə 3 dəfə Seyşel adalarında dayanaraq yerinə yetirəcək
Komor Adaları İttifaqı üç iri adadan ibarətdir - Grand Komor, Anjuan və Moxeli. Moronini marşrut şəbəkəsinə daxil etməklə "Türk Hava Yolları" uçduğu ölkələrin sayını 122-yə, istiqamətlərin sayını isə 304-ə çatdırıb, bu istiqamətlərin 53-ü Afrikada yerləşir.
İstanbuldan Moroniyə və əks istiqamətə biletin minimal qiyməti 973 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.