Türkiyədə seçki günü terror aktı törətmək istəyənlər tutuldu - FOTO
22 İyun 2018 12:25 DünyaAnkara polisi Türkiyədə keçiriləcək seçkilər vaxtı terror aktları planlaşdıran İŞİD terror təşkilatının silahlılarını ələ keçirib.
Əməliyyat zamanı 14 nəfər yaxalanıb.
Onların iyunun 24-də keçiriləcək prezident, iyunun 27-də isə parlament seçkiləri vaxtı terror aktları planlaşdırdıqları məlum olub.
Məlumatlara görə, saxlanılanların hamısı əcnəbidir. Onların qaldığı evlərdə aparılan axtarış işləri zamanı çox sayda sübut aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31