Ankarada terror şəbəkəsi zərərsizləşdirilib

Ankarada seçkilər zamanı kütləvi terror aksiyası hazırlığında olan İŞİD terror şəbəkəsi polisin keçirdiyi uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib.  Ankara Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin apardığı əməliyyat nəticəsində bir çox adresdə gizlənən 14 terrorçu həbs edilib. Əməliyyat aparılan ünvanlarda çoxlu sayda silah və sursat aşkarlanaraq götürülüb. Terroçuların 24-iyun seçki günü şəhərin bir çox nöqtəsində kütləvi terror aksiyaları hazırlığında olduğu məlum olub.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31