Quterreş ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü deyir - Suriyada
Moskva və Vaşinqtonun Suriya məsələsi üzrə maraqları üst-üstə düşür, ciddi fikir ayrılığı yoxdur.
22 İyun 2018 11:11 DünyaMoskva və Vaşinqtonun Suriya məsələsi üzrə maraqları üst-üstə düşür, ciddi fikir ayrılığı yoxdur.
Bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.
O, əmin olduğunu bildirib ki, strateji baxımdan Birləşmiş Ştatlar və Rusiya arasında Suriya və Yaxın Şərqlə bağlı ümumilikdə əsaslı fikir ayrılığı yoxdur:
"Rusiya Suriyanın vahid olacağına ümid edir. RF-nin həmişə bu ölkə ilə yaxşı münasibətləri olub. ABŞ isə Suriyada sabitliyin təminatında maraqlıdır".
Baş katib ABŞ və Rusiyanın maraqlarının daha da yaxınlaşması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31