Trampla Putinin görüş vaxtı bəlli oldu

ABŞ prezidenti Donald Tramp iyulda rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini bildirib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. “İyulda Putinlə görüşmək imkanını nəzərdən keçirirəm”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti Donald Tramp iyulda rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini bildirib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"İyulda Putinlə görüşmək imkanını nəzərdən keçirirəm", - deyə Tramp qeyd edib.

D.Tramp bundan əvvəl dəfələrlə Rusiya prezidenti ilə görüşmək niyyətində olduğunu bildirib.

ABŞ prezidenti "Fox News" telekanalının efirində tezliklə rusiyalı həmkarı ilə görüşəcəyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov RF-ABŞ liderlərinin mümkün görüşünə dair hələlik razılıq əldə olunmadığını bildirib. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31