Ermənistan məktəblərində 13 cinayət işi başlandı
22 İyun 2018 07:37 DünyaErmənistan İstintaq Komitəsi məktəb və məktəbəqədər təhsil müəssisələrində yol verilmiş korrupsiya hallarına görə 13 cinayət işi başlayıb.
APA-nın erməni KİV-lərə istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin məlumatında bildirilir ki, cinayət işlərindən beşi vəzifəsindən sui-istifadə, 4-ü - mənimsəmə, 2-si - rüşvət alma, biri vəzifə səlahiyyətlərini aşma, biri - vəzifə saxtakarlığı maddələri üzrə başlanıb.
Dəymiş zərərin həcmi 15.897.584 dram təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31