Timsahı ilandan belə xilas etdi - VİDEO
ABŞ-da bir kişinin pitonla alliqatorun (Amerika timsahı) ölüm-dirim mübarizəsinə müdaxiləsini əks etdirən video sosial şəbəkələrdə geniş yayılmaqdadır.
22 İyun 2018 07:14 DünyaABŞ-da bir kişinin pitonla alliqatorun (Amerika timsahı) ölüm-dirim mübarizəsinə müdaxiləsini əks etdirən video sosial şəbəkələrdə geniş yayılmaqdadır.
İnsident Florida ştatının milli parkında baş verib.
İlanların ovu üzrə mütəxəssis olan həmin şəxs kiçik alliqatora sarılan pitonu sahilə çıxarır. Sərbəst buraxılan timsah dərhal gecənin zülmətində yaşıllıq arasında yoxa çıxır.
İlan ovçusu bunun son bir il ərzində pitondan xilas etdiyi üçüncü timsah olduğunu əmin edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31