Amerikalı reperin qatili tutuldu
ABŞ-da məşhur reper “XXXTentacion”u qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
21 İyun 2018 23:27 DünyaABŞ-da məşhur reper "XXXTentacion"u qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu haqda TMZ məlumat yayıb.
Saxlanılan şəxs əvvəllər məhkumluğu olan 22 yaşlı Dedrik Di Uilyamsdır. Bundan əvvəl qanunsuz silah və narkotik vasitə saxlama, silahlı hücum, avtomobil qarəti və ailə məişət zəminində zorakılıq maddələri üzrə mühakimə olunub.
Polis məhz Dedrikin iyunun 18-də Mayaminin motosalonu yaxınlığında reperi güllələdiyini ehtimal edir.
Bundan əvvəl silahlı hücumun qarət məqsədi daşıdığı və reperin bahalı çantasının oğurlandığı bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31