"Türkiyə bununla ABŞ-dan daha çox asılı olacaq" - General

Türkiyə ABŞ-dan F-35 alsa da, onları idarə edə bilməyəcək.

Bu sözləri təqaüddə olan türkiyəli general Bəyazid Qaradaş deyib. O bildirib ki, sözügedən qırıcıların alınması ilə Türkiyə Hərbi Hava Qüvvələri ABŞ-dan daha da asılı vəziyyətə düşəcək:

"Bu qərar milli təyyarəmizin istehsalını və modernləşdirilməsinin qarşısını alacaq. Onsuz da hava qüvvələri 90-95 faiz ABŞ-dan asılıdır. Əsas vəzifəmiz bu asılılığı mümkün qədər azaltmaqdır. Beşinci nəsil təyyarə adı ilə bu cazibəyə qapılmaq doğru olmaz", - deyə Qaradaş bildirib.

Qeyd edək ki, bu gün ilk F-35 təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31