Əfqanıstanda İŞİD-ə zərbə — 23 terrrorçu öldürüldü

Əfqanıstanın Nanqarhar və Kuner vilayətlərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Əfqanıstanın Nanqarhar və Kuner vilayətlərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində qruplaşmanın 23 üzvü öldürülüb.

Əfqanıstanın müdafiə nazirliyi tərəfindən verilən açıqlamada Nanqarharın Açin, Deh Bala, Hogyani, Kuner vilayətinin Sukai rayonlarında İŞİD-ə qarşı əməliyyat keçirildiyi bildirilir.

Havadan və qurudan aparılan əməliyyat nəticəsində 23 terrorçu məhv edilib. Qruplaşmaya məxsus iki böyük sığınacaq da məhv edilib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31