PYD və YPG dəstələrinin Mənbicdən çıxacağı TARİX açıqlanıb
PYD və YPG terror təşkilatlarının silahlı dəstələri Suriyanın Mənbic şəhərini iyulun 4-dən tərk etməyə başlayacaq.
21 İyun 2018 16:22 DünyaPYD və YPG terror təşkilatlarının silahlı dəstələri Suriyanın Mənbic şəhərini iyulun 4-dən tərk etməyə başlayacaq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlunun sözlərinə görə, PYD və YPG dəstələrinin çıxarılması çərçivəsində ABŞ daha əvvəl onlara verilən silahları yığmağa başlayacaq.
Nazir həmçinin qeyd edib ki, həmin dəstələr Mənbicdən ABŞ və Türkiyə arasında əldə olunmuş saziş əsasında çıxmağa başlayacaq.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31