Şahzadənin arvadının öldüyü qəzanın səbəbi bilindi
Kamboca şahzadəsi Norodom Ranaritin düşdüyü qəzanın səbəbi məlum olub.
21 İyun 2018 15:04 DünyaKamboca şahzadəsi Norodom Ranaritin düşdüyü qəzanın səbəbi məlum olub.
Bazar günü Kamponqsaom əyalətində baş vermiş yol hadisəsi taksi sürücüsünün sürət həddini aşması səbəbindən olub. Belə ki, sürücü qabaqdakı maşını ötmək istəyərkən şahzadənin olduğu maşına çırpılıb. Bildirilir ki, artıq sürücü həbs edilib.
Qeyd edək ki, qəza zamanı şahzadə Norodom Ranaritin həyat yoldaşı Ouk Pxalla dünyasını dəyişib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31