“Əks halda, ABŞ-da müharibə olardı” – Ankaradan BƏYANAT

"Münbiçdə ABŞ-la bir işbirliyinə başladıq. Bu, gözəl bir hadisədir. Əks halda, silahlı bir qarşıdurma ola bilərdi".

Bunu ölkənin baş naziri Binəli Yıldırım bildirib.

Bununla belə, baş nazir Türkiyə ictimaiyyətində ABŞ-a olan etibarın 20 faizdən də az olduğunu deyib.

"Bu, qorxunc bir vəziyyətdir. Amma vəziyyəti düzəldəcək tərəf biz deyil, ABŞ-dır", - o vurğulayıb.

Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlara toxunan hökumət başçısı 400 kv. kilometr ərazinin təmizləndiyini söyləyib. O, Şimali İraqda 11 müvəqqəti bazanın qurulduğunu deyib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31