Moskvaya uçan yunan təyyarəsi qəza keçirdi

Yunanıstanın Girit adasındakı İraklion şəhərinin "Nikolas Qazandakis" hava limanından Moskva istiqamətində uçmağa hazırlanan Ellinair hava yollarına aid sərnişin təyyarəsi uçmağa hazırlaşarkən qəza keçirib.

Təyyarə  havaya yüksəldiyi zaman uçuş zolağından çıxıb .Hadisə zamanı təyyarədə müəyyən zədələnmələr olsa da, sərnişinlərdən bədən xəsarəti alan olmayıb və onların başqa bir təyyarə ilə Moskavaya göndəriləcəyi bildirilib. Hal-hazırda onlar hava limanının gözləmə salonunda yerləşdiriliblər. 

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31