Mobil telefonlarınız avtomobilinizin açarı olacaq
21 İyun 2018 13:35 Dünya"Apple"ın üzvləri arasında yer alan "The Car Connectivity Consortium" Digital Key Release 1.0 yeniliyini təqdim edib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, sürücülərin avtomobillərinin açarını mobil telefonlarına yükləməsinə icazə verəcək yenilik metal açarlardan istifadəni minumuma endirəcək.
Mobil cihazlarla avtomobilləri bir-birinə problemsiz şəkildə inteqrasiya etməyi hədəfləyən "CCC" yeni rəqəmsal xüsusiyyətini üzv olduğu şirkətlərə təqdim edib.
NFC texnologiyası ilə işləyən rəqəmsal açar xüsusiyyəti "iPhone" kimi telefonlar vasitəsilə avtomobilin qapılarının açılmasına və bağlanmasına, motorun işə salınmasına və ya dayandırılmasına icazə verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31