İmtahanda köçürmənin qarşısını almaq üçün maraqlı üsul: ölkədə internet kəsildi
Əlcəzairdə internetin bütün ölkə ərazisində 5 gün boyunca 1 saatlıq dayandırılması planlaşdırılır.
21 İyun 2018 13:30 DünyaƏlcəzairdə internetin bütün ölkə ərazisində 5 gün boyunca 1 saatlıq dayandırılması planlaşdırılır.
20-25 iyun tarixlərində məktəbi bitirən şagirdlərin buraxılış imtahanı keçirilir. İmtahanlarda köçürmə hallarının yaşanmaması üçün bu addım atılıb. Mobil internetdən istifadə də qeyri-mümkün olacaq.
Ötən il hökümət bu dövrdə sosial mediaya girişin dayandırılmasını istəmiş, buna nail ola bilməmişdi. Təhsil naziriNouria Benqhabrit imtahan dövründə "Facebook"un bütün ölkədə qadağan ediləcəyini açıqlayıb.
İmtahan yerlərinə mobil telefon siqnallarının qarşısını alan cihazlar da yerləşdirilib.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31