Olimpiada ərəfəsində Senanı təmizləyəcəklər
Paris rəhbərliyi Fransanın paytaxtından keçən Sena çayını təmizləmək üçün bir milyard avro ayrılacağını bəyan edib.
21 İyun 2018 12:52 DünyaParis rəhbərliyi Fransanın paytaxtından keçən Sena çayını təmizləmək üçün bir milyard avro ayrılacağını bəyan edib.
İşlər 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya oyunlarına görə aparılacaq.
Olimpiya oyunları zamanı çayda kanoeçi və üzgüçülük yarışlarının keçirilməsi nəzərdə tutulub. 100 il əvvəl Sena çayında üzmək çirklənmə səbəbindən qadağan edilib.
Paris bələdiyyəsi çaya zibil atılmasının qarşısını almaq üçün xüsusi bəndlər tikmək və sutəmizləyici qurğulardan istifadə etmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31