ABŞ bəzi təşkilatlarla işləməkdən imtina etdi

ABŞ BMT İnsan Haqları Şurasında islahatları dəstəkləməyən Human Rights Watch (HRW) və bir sıra beynəlxalq təşkilatlarla işləməkdən imtina edib.

ABŞ BMT İnsan Haqları Şurasında islahatları dəstəkləməyən Human Rights Watch (HRW) və bir sıra beynəlxalq təşkilatlarla işləməkdən imtina edib. 

Bununla bağlı HRW təşkilatına ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məktub göndərib. 

"Bilməlisiniz ki, BMT İnsan Haqları Şurasında islahatlara mane olmağınız ABŞ-ın şuradan çıxmasının əsas səbəblərindədir", - məktubda deyilir. 

Heyli qeyd edib ki, bir il öncə İnsan Haqları Şurasında islahatlar üçün əsas istiqamətləri açıqlamışdı: "Şuranın tərkibinin keyfiyyətini yaxşılaşdırmaq" və "İsrailə qarşı olan münasibətlərdən" qurtulmaq. 

Heylinin fikrincə, islahatlara mane olmaqla HRW insan haqları məsələsində Rusiya və Çinin tərəfində dayanıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31