Deputat: "Ermənistandakı “təmizləmə” teraktlara səbəb olacaq"

Ermənistan güc strukturlarının hazırkı baş nazir Nikol Paşinyanla heç bir mübarizəsi yoxdur. Bu sözləri azərbaycanlı deputat, siyasi ekspert Rasim Musabəyov deyib.

Ermənistan güc strukturlarının hazırkı baş nazir Nikol Paşinyanla heç bir mübarizəsi yoxdur. 

Bu sözləri azərbaycanlı deputat, siyasi ekspert Rasim Musabəyov deyib. 

O bildirib ki, son 25 ildə Ermənistanda demokratiya deyil, kriminal oliqarxlıq rejimi hökm sürür. Bu gün bu rejim hakimiyyətdən uzaqlaşır və əlbəttə ki, onlarda "özünümüdafiə effekti" yaranır. 

"Paşinyan bir-birinin ardınca onları həbs edir və mülkiyyətini ələ keçirir. Düşünürəm ki, "erməni üslubunda təmizləmələr" terror aktları ilə nəticələnəcək. 

Ermənistan təhlükəsizlik xidməti bəyan edir ki, bu qüvvələr hətta Paşinyana sui-qəsd də hazırlayıblar", - deputat deyib. 

Musabəyov Ermənistanda əksinqilabın olacağı ilə bağlı məlumatlar paylaşan yerli KİV-lərdən narazılığını ifadə edib. 

"Hansı əksinqilab? Orada inqilab olmayıb, hansı əksinqilabdan söhbət gedə bilər?!", - deputat bildirib. 

Xatırladaq ki, Ermənistanda Paşinyan tərəfindən əvvəlki hökumət nümayəndələrinin kütləvi "təmizlənməsi" aparılır. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31