Ermənistan Müdafiə Nazirliyində korrupsiya ilə bağlı yoxlama aparılacaq

Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.

Bunu xidmətin rəisi David Sanasaryan bildirib.

Onun sözlərinə görə, yalnız hərbi məqsədlər üçün malların alınması məsələsi deyil, bütövlükdə Müdafiə Nazirliyinin fəaliyyət yoxlanılacaq: "Bu yoxlama aldığımız informasiyaya əsasən, keçirilir. Təftiş korrupsiyaya ilə bağlıdır".

D.Sanasaryan yoxlamanın nəticələri barədə əlavə informasiyaların veriləcəyini də vurğulayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31