Yıldırım: "Bizim qonşumuz ABŞ deyil, Rusiyadır"
Bizim qonşumuz ABŞ deyil, Rusiyadır və Ankara öz tarixi qonşuları ilə münasibətləri yaxşılaşdırmağa borcludur. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
21 İyun 2018 11:20 DünyaBizim qonşumuz ABŞ deyil, Rusiyadır və Ankara öz tarixi qonşuları ilə münasibətləri yaxşılaşdırmağa borcludur.
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir qeyd edib ki, Türkiyə və Rusiya mühüm strateji, siyasi və iqtisadi tərəfdaşdırlar:
"Ankara və Moskva Suriyada böhranın nizamlanması ilə məşğuldurlar. Birləşmiş Ştatların Türkiyədən Rusiya ilə münasibətləri dayandırmağı tələb etməyə haqqı yoxdur".
Türkiyə-ABŞ münasibətlərini şərh edən B.Yıldırım bildirib ki, Ankara və Vaşinqton arasında bir sıra problemlərin mövcud olduğu sirr deyil. Onlardan biri ABŞ-ın FETÖ terror təşkilatının lideri Fəthullah Gülənə dəstək verməsidir.
Trend