Misir ordusu 32 terrorçunu zərərsizləşdirib

Misir ordusu Sinay yarımadasında antiterror əməliyyatı keçirib.

Misir ordusu Sinay yarımadasında antiterror əməliyyatı keçirib.

Bir neçə gün davam edən əməliyyatlar nəticəsində 32 ekstremist məhv edilib. Bildirilir ki, ondan çox şəxs terrorçularla əlaqədə şübhəli bilinərək saxlanılıb. O da qeyd edilir ki, Misir ordusu terrorçulara məxsus çox sayda döyüş sursatı, partlayıcı maddələr ələ keçirib.

Qeyd edək ki, Sinay yarımadasında antiterror əməliyyatları fevraldan başlayıb və bu günə qədər 300 ekstremist öldürülüb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31