Trampın oğlunu oğurlamaq istədilər
21 İyun 2018 00:57 DünyaABŞ prezidentinin həyat yoldaşı Melanya Tramp onun və övladının ünvanına edilən təhdidlərlə əlaqədar Məxfi xidmətə müraciət edib.
Bu haqda "The Daily Caller" məlumat yayıb.
Məlumata görə, təhdid aktyor Piter Fondadan gəlib.
"Biz Berron Trampı anasının əlindən alıb, pedofillərlə dolu qəfəsə yerləşdirməliyik", -deyə aktyor öz "Twitter" səhifəsində yazıb.
Birinci xanımın nümayəndəsi Stefani Qrişem Məxfi xidmətinin həmin təhdidlə bağlı məlumatlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, aktyorun bu ismarıcı olduqca "iyrənc və məsuliyyətsizdir".
Berron Tramp ABŞ prezidenti Donald Trampın ən kiçik övladıdır, 2006-cı ildə doğulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31