Trampın miqrasiya siyasəti aparıcını ağlatdı - Video
21 İyun 2018 00:00 DünyaABŞ-ın MSNBC kanalının aparıcısı Rachel Maddou prezident Donald Trampın qərarına uyğun olaraq Texasda ailələrindən zorla alınaraq qaçqın düşərgəsinə aparılan azyaşlılarla bağlı xəbəri oxuyarkən göz yaşlarına hakim ola bilməyib.
Aparıcı daha sonra Tvitterdə tamaşaçılardan üzr istəsə də, izləyiciləri xanım Maddounu dəstəkləyib.
Rachel Maddou efirdə səsləndirdiyi xəbər belə idi.
"Tramp administrasiyasının nümayəndələri valideynlərindən zorla alınan uşaqları Cənubi Texasda azı 3 qaçqın düşərgəsinə göndərir".
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31