Alimlərdən yeni kəşf: Arı naviqatorlar
Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri arı boyda naviqator hazırlamağa müvəffəq olublar.
20 İyun 2018 18:22 DünyaMassaçusets Texnologiya Universitetinin mütəxəssisləri arı boyda naviqator hazırlamağa müvəffəq olublar.
"Navion" adlı naviqator çipin ölçüsü 0,03 kvadrat qarış, gücü isə 24 meqavattdır. Naviqator arı ilə eyni ölçüyə sahib "drone"a yerləşə bilər.
Çip əldə etdiyi informasiyanın ölçüsünü 2MB-dan 0,8MB-ya endirməyi bacarıb, həmçinin enerjiyə qənaət edə bilib.
Lakin naviqator hələlik arı formasında "drone"a yerləşdirilməyəcək. MTU texnologiyanı miniatür yarış maşınında sınaqdan keçirəcək. Növbəti sınaq prosesi normal ölçülü "drone", daha sonra isə kiçik ölçülü "drone" vasitəsilə aparılacaq.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31