Nazarbayev prezidentliyə namizəd olmayacaq
20 İyun 2018 17:49 DünyaQazaxıstan parlamentinin nümayəndələr palatasının sədri Qasım-Jomart Tokayev bəyan edib ki, o, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində namizəd olacağına şübhə edir.
O, bununla bağlı BBC telekanalına müsahibəsində danışıb.
"Açıq danışsaq, düşünmürəm ki, Nazarbayev növbəti dəfə prezidentliyə namizəd olacaq. O, çox müdrik insandır və fikrimcə, növbəti seçkilərdə bizi başqa namizədlər gözləyir", - Tokayev deyib.
O əlavə edib ki, bu, onun şəxsi fikridir və seçkilərdə iştirakına Nazarbayev özü qərar verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31