Bu dəfə də 4 ayağı kəsilmiş pişik tapıldı

Ötən həftə Türkiyənin Sakarya şəhərindən 4 ayağı kəsilmiş it tapılmışdı və türkiyə vətəndaşları ilə birgə digər ölkələrdəki vətəndaşlarda bu məsələ ilə bağlı olaraq kampaniyalara başlamış, etirazlarını səsləndirmişdilər.

Bu dəfə isə Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda 4 ayağı kəsilmiş pişik balası tapılıb.

Vətəndaşlar hadisə barədə polisə məlumat verdikdən sonra hadisə yerinə gələn Yıldırım bələdiyyəsinin baytarlıq briqadaları 1 aylıq olduğu güman edilən bala pişiyin 4 ayağının kəsildiyini aşkar edib.

Qeyd edək ki, pişiyə əziyyət verməklə öldürən şübhəliləri təsbit etmək üçün geniş miqyaslı istintaq başladıb.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31