Ölkədə bioloji hücumun qarşısı alındı
Almaniya polisi bioloji hücumun qarşısını alıb.
20 İyun 2018 16:54 DünyaAlmaniya polisi bioloji hücumun qarşısını alıb.
Almaniyada 29 yaşlı Tunis vətəndaşının evində aparılan axtarışlar zamanı bioloji zəhərli maddə sayılan "Risin" aşkarlanıb. Mənzilə baxış zamanı bomba istehsalında istifadə edilən maddələr də müsadirə edilib.
Polisin məlumatına görə, ölkədə bioloji hücumun törədilməsi planlaşdırılırmış.
Qeyd edək ki, "Risin" adlı maddə çox zəhərli hesab edilir. Bu maddənin çox az miqdarda belə orqanizmə daxil olması ölümlə nəticələnir.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31