Sabah Minskdə Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
İyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin 10-cu qeyri-rəsmi görüşü keçiriləcək.
20 İyun 2018 15:45 Dünyaİyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin 10-cu qeyri-rəsmi görüşü keçiriləcək.
Görüşə Şərq Tərəfdaşlığı ölkələrinin informasiya texnologiyaları üzrə nazirləri də qatılacaqlar.
Avropa İttifaqı tərəfdən görüşdə Avropanın genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriyel iştirak edəcək.
Apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31