“Seçkilər yeni Türkiyənin inşası üçün vacib əhəmiyyətə malikdir”

"Çox əhəmiyyətli və tarixi bir seçkinin ərəfəsindəyik". 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, iyunun 24-də keçiriləcək seçkilər yeni bir Türkiyənin inşası üçün vacib əhəmiyyətə malikdir: "2023-cü il hədəflərimizə, 2053 və 2071-ci illə bağlı ideyalarımıza əmin addımlarla irəliləmək üçün bir daha sizlərin dəstəyinizə ehtiyacımız var. Sizlərdən güclü hökumət və güclü Türkiyə üçün seçki gününə qədər daha çox səy göstərmənizi gözləyirik: "İndi daha dinc, etibarlı və gözəl gələcək üçün gecə-gündüz işləməyin vaxtıdır. İndi Türkiyə vaxtıdır". 

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31