Rusiya XİN:" ABŞ-ın İnsan Hüquqları Şurasından çıxması BMT-yə qarşı etinasızlıqdır"
ABŞ-ın İnsan Hüquqları Şurasından (İHŞ) çıxması Vaşinqtonun hüquq müdafiəçisi nüfuzuna güclü zərbə olub və təşkilatın özünə və BMT çərçivəsində digər strukturlara qarşı etinasızlığı nümayiş etdirir.
20 İyun 2018 15:02 DünyaABŞ-ın İnsan Hüquqları Şurasından (İHŞ) çıxması Vaşinqtonun hüquq müdafiəçisi nüfuzuna güclü zərbə olub və təşkilatın özünə və BMT çərçivəsində digər strukturlara qarşı etinasızlığı nümayiş etdirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"ABŞ növbəti dəfə öz hüquq müdafiəçisi nüfuzuna güclü zərbə vurdu və sadəcə, etinasızlıq göstərdi. Özü də bu dəfə təkcə İHŞ-yə yox, bütünlükdə BMT-yə, ona daxil olan strukturlara qarşı etinasızlıq göstərdi", - M.Zaxarova deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31