Manvel Qriqoryanın qohumu da həbs edildi
20 İyun 2018 14:59 DünyaBirinci Qarabağ müharibəsi dövründə Azərbaycanın Fizuli və Cəbrayıl rayonlarının işğalında, silahsız əhalinin qətlində və torpaqların talan edilməsində xüsusi canfəşanlıq göstərərək, erməni xalqının "qəhrəmanı" elan olunan, Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətləri dövründə Qarabağ klanının aparıcı üzvlərindən sayılan, iyulun19-da isə qanunsuz külli miqdarda silah əldə etmə, saxlama, eləcə də korrupsiya görə həbs edilən general Manvel Qriqoryanın daha bir qohumu saxlanlıb.
Bu haqda news.am saytına Ermənistanın hüquq-mühafizə orqanlarından məlumat verilib. Hələlik həmin şəxsin kimliyi barədə informasiya verilməyib.
Xatırladaq ki, erməni generalının oğlu, Eçmiədzinin meri Yuri Manvelyan atasının həbsindən sonra vəzifəsindən istefa verib, vəkili isə M.Qriqoryana xidmət göstərməkdən imtina edib.