Yeni "iPhone" gəlir - Rusiya millisinin qələbəsi münasibətilə

Rusiyanın lüks smartfon və telefon istehsalçısı "Caviar" dünya çempionatında Rusiya millisinin Misir üzərində qələbəsinin şərəfinə "iPhone X" korpusu üçün yeni dizayn hazırlayıb.

Rusiyanın lüks smartfon və telefon istehsalçısı "Caviar" dünya çempionatında Rusiya millisinin Misir üzərində qələbəsinin şərəfinə "iPhone X" korpusu üçün yeni dizayn hazırlayıb.

Korpus üzərində Rusiya milli komandasının futbolçularının adları və nömrələri, eləcə də baş məşqçinin adı yer alıb.

Bu smartfonlar məhdud sayda buraxılıb. Qeyd olunur ki, satışa 24 "iPhone X Caviar" çıxarılacaq və bu smartfonun qiyməti 3700 dollardan çox olacaq.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31