Ərəb nazir “çılpaq” rus qızlarına görə istefaya göndərildi

Səudiyyə Ərəbistanının Əyləncəli Təbirlərin Təşkili naziri Əhməd əl Hatib kral Salman ibn Əbdül Əziz əl Saudun əmri ilə istefaya göndərilib.

Səudiyyə Ərəbistanının Əyləncəli Təbirlərin Təşkili naziri Əhməd əl Hatib  kral Salman ibn Əbdül Əziz əl Saudun əmri ilə istefaya göndərilib.

Bu barədə "Middle East Eye" nəşri məlumat verir. Dövlət məmurunun istefasına səbəb Rusiya Dövlət Sirkinin Ər-Riyada qastrol səfəri olub.

Krallıqda keçirilən sosial iqtisadi islahatlara baxmayaraq hakim dairələr sirk artistlərinin açıq- saçıq geyiminə qəzəbləniblər. Hakim qüvvələr rus qızlarının səhnəyə  demək olar ki, lüt çıxmasına etiraz bildirib bunun islam qanunlarına zidd olmasını əsas gətiriblər.

Qadınların çılpaq səhnəyə çıxmasına icazə verildiyinə görə isə cəzanı nazir çəkməli olub.

Gununsesi.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31