Gürcüstan parlamentində hökumətin tərkibinin və proqramının müzakirəsi başlayıb

Gürcüstan parlamentinin növbədənkənar iclası başlayıb. Toplantıda hökumətin tərkibinin və proqramının müzakirəsi keçirilir.

Gürcüstan parlamentinin növbədənkənar iclası başlayıb. Toplantıda hökumətin tərkibinin və proqramının müzakirəsi keçirilir.

Bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, deputatlar hökumətin yeni tərkibinə və "Azadlıq, sürətli inkişaf, firavanlıq" adlı proqarmına səs verəcək. İyunun 19-da Gürcüstan parlamentində hökumət üzvlüyünə namizədlərə dinlənmə keçirilib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd, keçmiş maliyyə naziri Mamuka Baxtadze müxalif deputatlarla görüşdə ölkə iqtisadiyyatının dirçəlməsi, iş yerlərinin açılmasından danışıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31