Yaponlar yenə diqqət mərkəzində - Matç bitdikdən sonra azarkeşlər...

Rusiyada davam edən 21-ci Dünya Çempionatında yaponiyalı azarkeşlər özünəməxsus davranışları ilə yadda qalıb.

Yaponiyanın Kolumbiyanı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra qalib komandanın azarkeşləri qalibiyyəti qeyd etmək əvəzinə çirklənmiş tribunaları təmizləyib.

Onların bu hərəkəti ətrafdakı insanlarda böyük marağa səbəb olub. Yaponiya isə Kolumbiyanı məğlub etməklə, tarixində ilk dəfə Cənubi Amerika ölkəsinə qarşı qalibiyyət əldə edib.

Qeyd edək ki, Yaponiya H qrupunda Kolumbiya, Seneqal və Polşa ilə mübarizə aparır.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31