Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb

Cənubi Koreya iyunun sonunda keçirilməsi nəzərdə tutulan üçgünlük hərbi təlimi Şimali Koreya ilə danışqlara mane olmamaq üçün təxirə salıb.

Cənubi Koreya iyunun sonunda keçirilməsi nəzərdə tutulan üçgünlük hərbi təlimi Şimali Koreya ilə danışqlara mane olmamaq üçün təxirə salıb.

Məlumatı iyunun 20-də Cənubi Koreyanın Müdafiə Nazirliyi yayıb.

"Biz təlimləri təxirə salmaq barədə qərar qəbul etdik. Təlimlərin uyğun zamanda və əlverişli şəraitdə keçirilməsi variantlarını nəzərdən keçiririk", - nazirlikdən bildirilib.

Agentlik qeyd edib ki, "Taegeuk" adlı təlimlər 1995-ci ildən etibarən hər il Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında keçirilir. İndiyədək təlimlərin keçirilməsi heç vaxt təxirə salınmayıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31