Çağatay suyun altında gəzintiyə çıxdı – FOTO
20 İyun 2018 12:35 DünyaBütün dünyada eyni anda yayımlanması planlaşdırılan ilk türk serialı "The Protector" ilə ekrana dönməyə hazırlaşan Çağatay Ulusoy sevgilisi, aktrisa Duyğu Sarışınla tətilə çıxıb.
Oxu.Az xəbər verir ki, Marmarisə yollanan cütlük paparazzilərin obyektivinə tuş gəlib.
Çağatay bir ara birlikdə əyləndiyi sevgilisini tək buraxmalı olub. O, dalğıc geyimindən istifadə edərək beş saat suyun altında qalıb. Suyun altda gəzinti edən Çağatay həm də balıq ovuna çıxıb.
Duyğunun günboyu üç fərqli bikini dəyişməsi isə gözdən qaçmayıb.
Qeyd edək ki, "İçerde" serialında başlayan sevgi münasibətlərini ötən ilin oktyabr ayında bitirən cütlük cari ilin aprelində yenidən barışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31