İncədən qeyri-incə gediş

CHP-li namizəd kürd terrorçuların səsini almağa çalışır

CHP-li namizəd kürd terrorçuların səsini almağa çalışır

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinə qısa bir sürə qalır.  Kifayət qədər gərgin siyasi atmosferdə keçən seçki prosesinin son mərhələsində siyasət meydanında mübarizənin daha da gərginləşəcəyi şübhəsizdir. Seçkiqabağı qardaş ölkədə cərəyan edən siyasi proseslər, namizədlər və partiyaların seçki fəallığı, eləcə də keçirilən sosioloji rəy sorğularının nəticələri onu deməyə əsas verir ki, Türkiyədə seçki mübarizəsi əsasən iki namizəd və partiya arasında gedəcək. Bunlar hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və onun rəqibi Muharrəm İncə, eyni zamanda Ədalət və İnkişaf Partiyası ilə Cümhuriyyət Xalq Partiyasıdır.   Eyni zamanda seçicilərin prezidentliyə namizədlər və ayrı-ayrı partiyalara olan münasibəti, həmçinin seçki öncəsi keçirilən sosioloji sorğuların nəticələri onu deməyə əsas verir ki, qardaş ölkədə keçiriləcək president seçkilərinin favorite hazırkı president Rəcəb Tayyib Ərdoğan və hazırda hakim partiya rolunu oynayan Ədalət və İnkişaf Partiyası olacaq. Ancaq seçkilərə Cümhuriyyət Xalq Partiyasının namizədi kimi qatılan Muharrəm İncənin də müəyyən qədər şanslarının olduğu bildirilir. Elə müstəqil ekspert Rusif Məmmədov da Türkiyədə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olan Muharrəm İncənin Rəcəb Tayyib Ərdoğana qarşı ciddi rəqib olduğu qənaətindədir: "Bildiyimiz kimi bu həftə Türkiyədə prezident seçkiləri baş tutacaq. Seçkilərdə əsas rəqabət isə Muharrəm İncə və Rəcəb Tayyib Ərdoğan arasında olacaq. Bu məsələni bir az da genisləndirək. Yəni seçkilərdə bir tərəfdə AK parti və MHP, digər tərəfdə isə CHP, İYİ parti və Səadət partisi mübarizə aparacaq. İkinciyə dolayı yolla HDP-ni də əlavə edə bilərik. Hadisələri, gedişatı analiz etməmişdən əvvəl qeyd etməliyəm ki, olduqca geniş mövzudur. İlk öncə başlayaq Muharrəm İncənin strategiyasından". Ekspert deyir ki,  Muharrəm İncə soyadına uyğun olaraq olduqca "incə" siyasət yürüdür: "İncənin yeritdiyi siyasət bundan ibarətdir ki, CHP tərəfindən namizəd kimi irəli sürüldükdən sonra ilk işi genişmiqyaslı kompaniya təşkil etmək oldu. Diqqət yetirsəniz Türkiyənin müxtəlif bölgələrində xalqla görüşlər təşkil edən İncənin daha çox müraciət etdiyi kütlə kürd əhalidir. Məqsəd isə ondan ibarətdir ki, hazırkı CHP seçməninə çox müraciət etməyərək, əsas məqsəd digər seçmənlərin diqqətini cəlb etməkdir.  Muharrəm İncə ilk çıxışlarından bu yana bu fikri səsləndirir. Qeyd edim ki, digər namizədlər də bu fikrə diqqət çəkir. Yəni HDP lideri Səlahəddin Dəmirtaşa azadlıq. Bunu deməkdə isə məqsəd nədən ibarətdir? Təbii ki, Muharrəm İncə özü də yaxşı başa düşür ki, Səlahəddin Dəmirtaş terrora dəstək verən biridir. Bunun müqabilində Rəcəb Tayyib  Ərdoğanın Səlahəddin Dəmirtaşı azadlığa çıxarmayacağını da gözəl başa düşür. Əks təqdirdə Rəcəb Tayyib Ərdoğanın imicinə zərər gələr. Bu səbəbdən dəSəlahəddin Dəmirtaşa azadlıq deyərək bir tərəfdən Rəcəb Tayyib Ərdoğana təzyiq imkanı əldə etməklə yanaşı HDP seçmənini bir növ dolayı yolla ittifaqa daxil edərək ən azından 5- 6 faiz səs əldə edir".

Rusif Məmmədov bildirib ki, Muharrəm İncə Rəcəb Tayyib Ərdoğanı öz silahı ilə vurur: "Belə ki, xatırlayırsınızsa əvvəlki seçkilərdə Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna " çıx qarşıma , mənə qalib gəl siyasətdən gedərəm" deməsi Ərdoğana 5-6 faiz səs qazandırdığı heç kimdə şübhə doğurmur. Buna sərt reaksiya verən və Kamal Kılıçdaroğlunu da bu səbəbdən tənqid edən məhz Muharrəm İncə olmuşdu. İndi isə eyni şeyi İncə Ərdoğana edir. Belə ki, rəqibini açıq aşkar proqrama debata dəvət edir. Bu isə İncəyə xal qazandıracaq ki , azaltmayacaq. Digər məqam isə ondan ibarətdir ki, Muharrəm İncə CHP namizədi olmasına baxmayaraq mitinqlərdə "CHP daxilində də problemlər olur və səhvlər olduğu zaman öz iradlarımı bildirirəm" kimi ifadələri əslində CHP əleyhdarlarının da diqqətini cəlb etməyə yönəlib.  Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçim kompaniyasına münasibət bildirərkən deməliyik ki, Ərdoğanın ən çətin seçkisi məhz bu il, ən çətin rəqibi də məhz Muharrəm İncə olacaq: "Bunun da məntiqi davamı kimi Ərdoğanın həyəcan keçirdiyi hiss edilir. Rəcəb Tayyib Ərdoğanın əsas məqsədi M.İncənin yalnız CHP seçmənlərin səsləri ilə kifayətlənməsidir. Belə ki, atılan addımlar ondan ibarətdir ki, hazırda birgə fəaliyyət göstərən " CHP, İYİ parti və Səadət Partisi" ittifaqını parçalamaqdır. Bəs bunun üçün nələr edilir. Məsələn : keçmiş TBMM millət vəkili Melih Gökçekin Türkiyə efirlərinin birində ard-arda bir neçə gün çıxışını izlədim. Əsas danışılan məsələ isə bundan ibarətdir ki, M.Gökçek bir növ seçicilərə izah etməyə çalışır ki, Səadət partisinə səs vermək istəyirsinizsə o zaman sizə təqdim edilən blankda ittifaqa səs verməyin . Çünki belə olduğu halda sizin zatən TBMM-yə millət vəkili çıxarmaq şansınız sıfıra düşür və bütün səslər CHP-uyə gedir". Ekspert qeyd edib ki,  Türkiyə Silahlı Qüvvələri son aldığımız xəbərlərə görə artıq çoxdandır gözlənilən Mənbiçə daxil olub: "Bu isə Birləşmiş Ştatlarla danışılmış "yol xəritəsi" üzərində baş tutdu. Rəcəb Tayyib Ərdoğan Afrin, Kandil və Mənbiç əməliyyatlarını masaya daşıyaraq 80-ci illərdən başına bəla olmuş PKK -nın dayaqlarını məhv etməklə xalqda Ərdoğana qarşı inamı artırmağa çalışır".

Süleyman

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31