Ona ərə getmək istəməyən qızı başından güllələdi - VİDEO
Pakistanda kişi ona ərə gəlmək istəməyən xanımı güllələyib.
20 İyun 2018 11:08 DünyaPakistanda kişi ona ərə gəlmək istəməyən xanımı güllələyib.
Hadisə anbaan kameralarda əks olunub. Belə ki, kameralardakı görüntülərdən də məlum olur ki, avtobus şirkətində mühafizəçi işləyən Abrar soyadlı şəxs onunla eyni yerdə çalışan 18 yaşlı Mexviş soyadlı xanımı izləyir. Daha sonra ona yaxınlaşaraq söhbət etdiyi görünür. Bundan sonra isə güllə ilə qızın başından vurur. Mexviş yerindəcə dünyasını dəyişib.
Amansız cinayəti törətdikdən sonra Abrar hadisə yerindən qaçmağa cəhd etsə də, ərazidəki polislər tərəfindən saxlanılıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31