Binəli Yıldırım: "Ərdoğana verdiyim sözün üstündə durdum"
Türkiyənin taleyini müəyyənləşdirəcək seçkilərə 4 gün qalıb. Seçkiyə hazırlıq işlərini sürətlə davam etdirən baş nazir Binəli Yıldırım “Röyters” agentliyinə açıqlama verib. Simaların müəyyən bir müddət üçün məna kəsb etdiyini, həyatın hər zaman davam etdiyini bildirən baş nazir, “Qismətdə nə varsa, insan onu da yaşayır”, – deyə bildirib.
20 İyun 2018 10:11 DünyaTürkiyənin taleyini müəyyənləşdirəcək seçkilərə 4 gün qalıb. Seçkiyə hazırlıq işlərini sürətlə davam etdirən baş nazir Binəli Yıldırım "Röyters" agentliyinə açıqlama verib.
Simaların müəyyən bir müddət üçün məna kəsb etdiyini, həyatın hər zaman davam etdiyini bildirən baş nazir, "Qismətdə nə varsa, insan onu da yaşayır", - deyə bildirib.
Türkiyənin prezidentli respublika modelinə keçid prosesində mühüm işlərə imza atan Binəli Yıldırım, prezident Rəcəb Tayyib Ərdoğana verdiyi sözün üstündə durduğunu söyləyib.
"Sözümün üstündə durduğuma görə artıq rahat ola bilərəm", - deyə o qeyd edib.
Yıldırım, Türkiyənin son baş naziri olduğuna görə də xoşbəxt olduğunu deyib. "Simalarımız nə olursa olsun, birlikdə işləməyə davam edəcəyik", - baş nazir əlavə edib.
A24.Az