Alman milliyətçidən şok tələb
20 İyun 2018 06:52 DünyaAlmaniya üçün Alternativ partiyasının (AfD) üzvü Beatriks fon Storç futbol millisinin türk əsilli oyunçuları Məsud Özil və İlkay Gündoğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla foto çəkdirdikləri üçün komandadan qovulması gərəkdiyini bildirib.Axar.az xəbər verir ki, Storç sözügedən futbolçularda alman ruhunun olmadığını deyib."Milli marşı oxumayan və Ərdoğanla foto çəkdirən alman ola bilməz", - deyə partiya üzvü bildirib.Qeyd edək ki, bundan öncə də Özil və Gündoğanın türk liderlə fotosuna görə azarkeşlər etiraz etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31