ABŞ-dan sərt qərar : BMT-nin komitəsini tərk edir

ABŞ İsrailə qarşı prinsipial mövqe sərgiləyən BMT-nin İnsan Haqları Komitəsini tərk edəcək.

ABŞ mediasında gedən məlumata görə, dövlət katibi Mike Pompeo bu gün bununla bağlı qərarı rəsmən açıqlayacaq.

Qərara Mike Pompeo ilə yanaşı ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley və Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da dəstək verib.

Qeyd edək ki, BMT İnsan Haqları Komitəsi iyulun 2-də Fələstin-İsrail münasibətlərini müzakirəyə çıxaracaq.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31