Youtube-un fəaliyyəti bərpa edilib
Məşhur internet resurslarının fəaliyyəti zamanı problemləri izləyən Downdetector portalının məlumatına əsasən, Youtube saytının işi bərpa olunub.
19 İyun 2018 10:17 DünyaMəşhur internet resurslarının fəaliyyəti zamanı problemləri izləyən Downdetector portalının məlumatına əsasən, Youtube saytının işi bərpa olunub.
"Youtube ilə heç bir problem yoxdur" portalın məlumatında deyilir.
Daha əvvəl, Downdetector, Youtube saytının istifadəçilərinin video servisin fəaliyyəti ilə əlaqədar problem yaşadıqlarını bildirirdi. Portalın məlumatına görə, Youtube istifadəçilərinin 59%-i video izləməylə bağlı, 30%-i sayta daxil olmaqla, 10%-i isə avtorizasiya ilə problemlər yaşayırdı.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31