Türkiyə ordusu Mənbicə daxil olub

Anakara və Vaşinqton arasında əldə olunan razılaşmalara əsasən Türkiyə ordusu Suriyanın Mənbic şəhərinə daxil olub.

Trend-in məlumatına görə, Sacur çayında yerləşən Türkiyə ordusu bölgədə ABŞ qüvvələri ilə birgə əməliyyatlara başlayıblar.

Qeyd edək ki, bir qədər əvvəl baş nazir Binəli Yıldırım ABŞ-la Türkiyə arasında 90 günlük razılaşmanın əldə olunduğunu açıqlamışdı. Razılaşma Mənbicdən PYD və YPG silahlılarının təmizlənməsini nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31