Türkiyə Antarktikada elmi baza yaradacaq

Türkiyə 2019-cu ildə Antarktikada elmi baza tikməyi planlaşdırır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində yazıb.

Dövlət başçısı qeyd edib ki, Antarktikada artıq 30 ölkənin obyekti var. Bundan əvvəl Türkiyənin qütb elmi stansiyası olmayıb, lakin gələn il vəziyyət dəyişəcək:

"2019-cu ildə Anratktikada elmi baza yaradacağıq. Beləliklə, Türkiyə orada elmi stansiyaya malik ölkələrin siyahısına daxil olacaq".

TREND

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31