ABŞ Suriya ordusunu bombaladı

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərinə aviazərbələr endirib. Bu haqda SANA agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərinə aviazərbələr endirib.

Bu haqda SANA agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində ölən və yaralılar var.

Pentaqon bu informasiyanı təkzib edib:

"ABŞ və ya koalisiya qüvvələrinin bu zərbələrdə əli yoxdur",- deyə müdafiə nazirliyinin rəsmisi Edrian Rankayn-Hallouey bildirib.

Xatırladaq ki, bundan əvvəl aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun kimyəvi silah istehsal olunduğu iddia edilən obyektlərinə müştərək raket zərbələri endirmişdi. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31