Yaponiyada zəlzələ nəticəsində 3 nəfər ölüb
18 İyun 2018 09:04 DünyaYaponiyanın Osaka prefekturasında baş verən zəlzələ nəticəsində 3 nəfərin ölümü təsdiqlənib.Trend-in "Kyodo"ya istinadən verdiyi məlumata görə, ölənlər arasında Takatsuki şəhərində aşan divarın altında qalıb həlak olan 9 yaşlı qızında olduğu bildirilir."NHK" telekanalının məlumatına əsasən isə, zəlzələ nəticəsində 2 nəfər həlak olub, 37 nəfər yaralanıb. Qeyd edək ki, Yaponiyanın Osaka prefekturasında 6,1 bal gücündə zəlzələ baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31